00:00:00
Yazar
Admin User
04.09.2025 18:02 129 3 dəq oxuma
Siyasət

Şimali Koreya-Çin-Ukrayna Gərginliyi

Şimali Koreya-Çin-Ukrayna Gərginliyi

 

Çində hərbi parad keçirilib.Həmin paradda Vladimir Putin, Kim Con-un və Xi Jinping bir araya gəldilər ki, bu da qlobal geosiyasi sabitlik baxımından ciddi əhəmiyyət kəsb edən bir hadisə idi.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki,bu yeni bir şey deyil:

 

“Çində keçirilən hərbi parad zamanı Rusiyanın,Çinin və Şimali Koreyanın liderlərinin bir araya gəlməsi və birlikdə olduqlarını nümayiş etdirməsi qlobal geosiyasət baxımından yeni bir şey deyil.Bu dövlətlər son illər bir-birinə kifayət qədər yaxın olan dövlətlərdir.Şimali Koreya üçün Çin həlledici əhəmiyyətə malik dövlətdir və Çin Şimali Koreyanın əsas ticarət tərəfdaşıdır.Rusiya ilə Şimali Koreya arasında çox sıx dostluq əlaqələri var .Ukranya müharibəsində Şimali Koreya təkcə silah verməklə kifayətlənmir,eyni zamanda 10 mindən artıq əsgər də göndərmişdir və xeyli Koreyalı Kursk ərazisində öldürüldü.

Rusiya və Çin arasında isə çox yaxın müttəfiqlik münasibətləri mövcuddur və bunu bu iki dövlət lideri heç kimdən gizlətmir.Yəni,yeni heç nə baş vermədi.Mövcud olanın bütün dünyaya təkrar nümayişi oldu.Göstərildi ki,böyük bir güc mərkəzi mövcuddur və artıq qərarlar təkcə Vaşinqtonda qəbul olunmur. Təbiidir ki,Hindistanında bu güc mərkəzində daha aktiv iştirakı arzu olunandır,ancaq hələlik Hindistan müəyyən qədər özünü kənarda tutmağa çalışır.

Rusiya,Şimali Koreya,Çin yaxınlaşmasının qərb ölkələrinə yeni heç bir mesajı yoxdur.Biz bir yerdəyik və bir yerdə olmuşuq. Bizim münasibətlərimizi heç kim poza bilməz.Və təsadüfi deyil ki,Tramp bu üç dövlət liderinin belə yaxınlıq nümayişini ABŞ-yə qarşı qəsd kimi qiymətləndirdi.Çünkü ABŞ əlindən gələni edir ki,Rusiya ilə bu dövlətlərin arasında müəyyən soyuqluq yaratsın.Ancaq hələlik heç nəyə nail ola bilmir və bu görüşlərdə bunu bir daha sübut etdi.Açıq şəkildə deyildi ki,bizim aramızda,yəni: Çin,Rusiya və Şimali Koreya arasında hər hansı bir soyuqluq yaratmaq cəhdləri heç bir nəticə verməyəcək”.

 

Politoloq bu hadisənin Ukranya müharibəsinə təsirindən də söz açıb:

 

“Bu əməkdaşlığın Ukranya müharibəsinə artıq təsiri olub.Rusiya ilə Şimali Koreya arasında ötən il imzalanmış müqaviləyə görə Şimali Koreya Kurskda gedən döyüşlər zamanı Rusiyaya hərbiçilər göndərdi.Əvvəlcə bunu gizlətdilər,sonra açıq şəkildə dedilər ki, Koreyalılar Rusiya ərazisində Ukranyaya qarşı vuruşur.Koreya Rusiyaya raketlər,mərmilər,yəni mümkün olan nə varsa hər şeyi verir.Çin silah verməsə də Rusiya silah sənayesinin maksimum güc ilə işləməsi üçün əlindən gələni edir və bu barədə Ukranya Prezidenti Zelenskinin bir neçə bəyanatı mövcuddur.Çin əvvəllər bu əməkdaşlığı gizlətməyə çalışırdı,ancaq bu gün bunu artıq gizlətmək mümkün deyil.Ukranya müharibəsində çox təəssüf ki,təşəbbüş Rusiyanın tərəfindədir.Ağır-ağır da olsa, Rusiya Ukranya ərazilərini işğal etməkdə davam edir.Qərb açıq şəkildə etiraf edir ki, tələb olunan yardımı göstərmək gücündə deyil.Digər tərəfdən Ukranya Prezidenti Zelenski də bu günlərdə bəyan etdi ki,Ukranya öz torpaqlarını hərbi yolla azad etmək imkanına malik deyil.Çox təəssüf ki,reallıq bundan ibarətdir və ABŞ-nin yeni adminstrasiyası,onun apardığı siyasət Ukranyanı çıxılmaz vəziyyətə salır”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər