00:00:00
Yazar
Admin User
15.09.2025 05:51 68 1 dəq oxuma
Dünya

Şimali Koreya lideri Kim Çen In-dən daha bir qadağa

Şimali Koreya lideri Kim Çen In-dən daha bir qadağa

"Şimali Koreya lideri Kim Çen In maraqlı qadağalarına daha birini əlavə etdi. Ölkədəki turist bələdçilərinə ‘hamburger’ və ‘dondurma’ sözlərini işlətmək qadağan olunduğu açıqlanıb."


“Şimali Koreya lideri Kim ölkəsindəki qadağalara daha birini əlavə etdi. Daha əvvəl ölkədə sosisli yeməyi və boşanmanı qadağan edib, boşananları həbsə atacağını açıqlayan Kim, qeyri-adi qadağalarını davam etdirir.”


“Sosial şəbəkələr də gündəm olan iddiaya görə, Şimali Koreya lideri turist bələdçilərinə ‘hamburger’ və ‘dondurma’ sözlərini işlətməyi qadağan edib.”


Dövlətin, bələdçilərə hamburger əvəzinə ‘dajin-gogi gyeopppang’ (qiyməli ikiqat çörək), dondurma üçün isə ‘eseukimo’ (Eskimo) demələri barədə göstəriş verdiyi öyrənilib.


İngiltərənin The Sun qəzetinin xəbərinə görə, ölkə lideri Kim Çen In ABŞ-dan qaynaqlanan Cənubi Koreya yeməyinin populyarlığının artdığı bir vaxtda sosis təqdim etməyin ‘vətənə xəyanət’ olduğunu elan edib.


Sosis bişirən və ya satan şəxslər saxlanılarsa, məşhur əmək düşərgələrin də həbs olunaraq ağır iş cəzasına məhkum edilə bilərlər.


İdarəçilik, həmçinin boşananların da həbsə atıla biləcəyinə qərar verib.

 

Cənubi Pyongan əyalətində üç ay işlədiyini iddia edən boşanmış bir qadın, qadınların kişilərə nisbətən daha ağır cəzalandırıldığını bildirib.

 

‘Rayon əmək-təhsil düşərgəsin də təxminən 80 qadın və 40 kişi dustaq var, deyə o qeyd edib. Boşanma qərarları səbəbilə təxminən 30 kişi və qadın həbs olunub, qadınların cəzası isə daha uzun çəkib.”


Haber Global
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər