00:00:00
Yazar
Admin User
03.04.2024 19:50 288 1 dəq oxuma
Dünya

Şimali Koreyadan yeni raket sınağı

Şimali Koreyadan yeni raket sınağı

Ballistik raket sınaqları ilə beynəlxalq ictimaiyyətin reaksiyalarına hədəf olan Şimali Koreya bu dəfə orta mənzilli hipersəs raketini sınaqdan keçirib.

 

Şimali Koreya lideri raketin buraxılışını yerində izləyib və yenə ballistik raketi sınaqdan keçirir.Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi yeni orta mənzilli hipersəs raketinin sınaqdan keçirildiyini açıqlayıb. Şimali Koreya lideri Kim Çen In də raketin buraxılışını yerində izləyib. Şimali Koreya dövlət televiziyasının məlumatına görə, Kim Çen In raketin “nüvə müharibəsindən çəkindirmə qabiliyyətinin artırılmasında rol oynayacağı” mesajını verib. Bərk yanacaqla işləyən yeni orta mənzilli hipersəs raketinin sınaq atışı “uğurlu” olub. Mütəxəssislər bərk yanacaqla işləyən raketlərin maye yanacaqlı raketlərdən daha sürətli yerləşdirilə biləcəyini bildirir. Orta mənzilli “Hwasong-16B” raketi Yapon dənizinə düşüb. Cənubi Koreya nüvə silahına malik təyyarələrdən istifadə etməklə Koreya yarımadası yaxınlığında ABŞ və Yaponiya ilə birgə hava təlimi keçirir.

 

Mənbə: CNNTürk

Aytac Kərimova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər