00:00:00
Yazar
Admin User
08.09.2025 15:11 101 1 dəq oxuma
Siyasət

"Şimali Makedoniya Azərbaycanla birgə BOEM layihələrini inkişaf etdirməkdə maraqlıdır"

"Şimali Makedoniya Azərbaycanla birgə BOEM layihələrini inkişaf etdirməkdə maraqlıdır"

Azərbaycanla Şimali Makedoniya arasında bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyası sahəsində ikitərəfli əməkdaşlığın böyük perspektivləri var, bu, xüsusilə birgə layihələrin hazırlanması, bilik və texnologiyaların mübadiləsinə aiddir.

 

"İnformator.az" "Report"a istinadən bildirir ki, bunu müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.

 

O qeyd edib ki, "yaşıl keçid"in uğurla həyata keçirilməsinə kömək edəcək əlverişli normativ-hüquqi və investisiya mühitinin formalaşdırılması sahəsində əməkdaşlıq üçün potensial var.

 

Nazirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq potensialı böyükdür, xüsusilə günəş və külək enerjisi sahəsində.

 

"Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirir və bu strateji əhəmiyyətli sahədə öz potensialını gücləndirməyə imkan verəcək tərəfdaşlığa açıqdır", - S.Bojinovska bildirib.

 

O deyib ki, qlobal enerji çağırışları və dekarbonizasiya öhdəlikləri şəraitində Şimali Makedoniya milli enerji sektorunun transformasiyası üzərində fəal işləyir: "yaşıl enerji"nin payını artırır, enerji səmərəliliyini yüksəldir və texnoloji innovasiyaların tətbiqini dəstəkləyir.

 

Şimali Makedoniyanın "Black Sea Energy" sualtı enerji kabeli layihəsinə marağına toxunan nazir bu layihənin Avropa və Qafqaz arasında əlaqəni gücləndirdiyi üçün böyük strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Şimali Makedoniya uzaqlığına görə birbaşa iştirakçı olmasa da, təşəbbüsü böyük maraqla izləyir", - o əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər