00:00:00
Yazar
Bəsti Nəsibova
19.10.2026 10:28 9 2 dəq oxuma
Sosial

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Ağa Musa Nağıyev irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Azərbaycanın görkəmli xeyriyyəçisi, sahibkar və mesenatı Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki yeri, xeyriyyəçilik ənənələri və ölkənin ictimai-mədəni həyatına verdiyi töhfələr haqqında tələbələrə ətraflı məlumat verilib.

Xüsusilə Ağa Musa Nağıyevin Bakıda inşa etdirdiyi 98 bina, həmin tikililərin paytaxtın memarlıq simasının formalaşmasındakı rolu və tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Onun sahibkarlıq fəaliyyəti ilə yanaşı, maarifçilik və xeyriyyəçilik sahəsindəki xidmətləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Layihənin rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva çıxışında tarixi irsin qorunmasının, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin gənc nəslə tanıdılmasının və xeyriyyəçilik ənənələrinin yaşadılmasının əhəmiyyətini vurğulayıb.

Tələbələr tədbirdə fəal iştirak edərək müzakirələrə qoşulub, mövzu ilə bağlı suallarını ünvanlayıb və Ağa Musa Nağıyevin irsi haqqında biliklərini genişləndiriblər.

Qeyd edək ki, üç ay müddətində həyata keçirilən layihə çərçivəsində ümumilikdə beş maarifləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbirlər Bakı, İsmayıllı, Lənkəran, Sabirabad və Şirvan şəhərlərini əhatə edib.

Layihənin əsas məqsədi Ağa Musa Nağıyevin zəngin tarixi irsini regionlarda və gənc nəsil arasında təbliğ etmək, onun Azərbaycan tarixindəki xidmətlərini geniş ictimaiyyətə tanıtmaq və milli-mədəni dəyərlərin qorunmasına töhfə verməkdir.







 

#keçirilib #kollecində #nağıyev #şirvan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər