Sivasda meşəlik ərazidə yanğın
Sivasın Zara rayonunda meşəlik ərazidə baş verən yanğını söndürmə işləri davam edir.
Rayona bağlı Bozkır kəndinin Bahçe məhəlləsi yaxınlığındakı meşəlik ərazidə hələ müəyyənləşdirilməmiş səbəbdən yanğın baş verib.
Xəbərdarlıq əsasında əraziyə yanğınsöndürənlər, Meşə İdarəsinin və jandarmanın əməkdaşları cəlb olunub.
Qrupların yanğını söndürmə işləri davam edir.
TRT XƏBƏR
Lalə Qurbanlı