00:00:00
Yazar
Elmira Ağayeva
06.07.2026 20:51 39 1 dəq oxuma
Gündəm

Şıx çimərliyinə çirkab suları  axıdılır”- İDDİA

“Şıx çimərliyinə çirkab suları axıdılır”- İDDİA

Son günlər sosial şəbəkələrdə Şıx çimərliyində dənizə iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, həmin görüntülər bir neçə ay əvvəl də yayılmış, məsələ ilə bağlı araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi.

 

Mövzu ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin nümayəndəsi Toğrul Həsənzadə “İnformator.az”a açıqlamasında bildirib ki, görüntülərdə əks olunan axıntı çirkab su deyil.

 

Onun sözlərinə görə, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür.

 

Toğrul Həsənzadə qeyd edib ki, aparılan araşdırmaların nəticəsinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim olunan axıntının əslində dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyu olduğu müəyyən edilib.

#Çirkabsu #İDDİA #Şıxçimərliyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər