Səlahəddin Yılmaz: İddialar nədir?
Silahlı cinayət təşkilatına rəhbərlik etməkdə təqsirləndirilən Səlahəddin Yılmaz avqustun 18-də Əziz İhsan Aktaşa sui-qəsdə hazırlaşdığı iddiası ilə həbs edilib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən mətbuatda dərc edilən müraciət məktubunda, təhqiqatın təsirli peşmançılıqdan bəhrələnən Əziz İhan Aktaşın ifadəsi ilə açıldığı bildirilib. Aktaşın əvvəlki açıqlamaları CHP bələdiyyələrinə qarşı müxtəlif əməliyyatlar üçün əsas olub.
Səlahəddin Yılmaz isə iddiaları qəti şəkildə təkzib edib. İddialar CHP sədri Özgür Özəllə MHP sədri Dövlət Baxçalı arasında da mübahisəyə səbəb olub. Səlahəddin Yılmaz avqustun 15-də daha 15 nəfərlə birlikdə saxlanılıb. Avqustun 17-də “Sabah” qəzetində “İMM bandasının qatil planı” başlıqlı xəbər dərc olunub. Xəbərdə İstanbul Böyükşəhər Bələdiyyə İdman Klubunun sədri Fatih Keleşin Səlahəddin Yılmaza "Aziz İhsan Aktaşı susdurmaq" göstərişi verdiyi iddia edilib.
BBC
Zəhra Möhübbətova