00:00:00
Yazar
Admin User
25.09.2025 14:32 100 1 dəq oxuma
Dünya

Sloveniya İsrailin Baş naziri Netanyahunu “arzuolunmaz şəxs” elan edib

Sloveniya İsrailin Baş naziri Netanyahunu “arzuolunmaz şəxs” elan edib

Sloveniya İsrailin Baş naziri Binyamin Netanyahunu “arzuolunmaz şəxs” elan etdiyini açıqlayıb.


Sloveniya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Neva Qrasiç ABŞ mərkəzli X sosial media platformasındakı hesabında etdiyi açıqlamada vurğulayıb ki, Netanyahunun müharibə və bəşəriyyətə qarşı cinayət törətməsi artıq ictimaiyyət tərəfindən bilinir.


Qrasiç bildirib ki, bu gün keçirilən hökumət iclasında Netanyahunun ölkədə “arzuolunmaz şəxs” elan edildiyi və İsrail Baş nazirinin Sloveniyaya girişinin qadağan olunduğu açıqlanıb.


Onun sözlərinə görə: “Hökumət bu qərarı ilə İsrailə açıq mesaj göndərir ki, Sloveniya beynəlxalq məhkəmələrin qərarlarına və beynəlxalq humanitar hüquqa hörmət gözləyir”.


Qeyd edək ki, Sloveniya bundan əvvəl də İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə Naziri Bezaleel Smotriçi “arzuolunmaz şəxs” elan edib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər