00:00:00
Yazar
Bəsti Nəsibova
29.07.2026 14:20 87 1 dəq oxuma
Sosial

ƏSMİD İctimai Birliyi onuncu təlimini Quba rayonunda təşkil etdi

ƏSMİD İctimai Birliyi onuncu təlimini Quba rayonunda təşkil etdi

.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində Quba rayonuna təşkil olunan səfər zamanı milli mətbəximizin qədim nümunələrindən biri olan xərək çörəyinin hazırlanması üzrə master-klass keçirilib.

Master-klassın əsas məqsədi Azərbaycan milli kulinariya irsinin qorunması, bölgələrə məxsus ənənəvi çörəkbişirmə mədəniyyətinin yaşadılması və bu sahədə təcrübənin iştirakçılarla bölüşdürülməsi olub.

Tədbirə təlimçi Xatirə Xudadarova rəhbərlik edib. O, Quba rayonunda uzun illərdir xərək çörəyi hazırlayan təcrübəli xanımlarla birlikdə master-klass keçirərək çörəyin hazırlanmasının bütün mərhələlərini əyani şəkildə nümayiş etdirib. İştirakçılar xəmirin hazırlanması, yoğrulması, formaya salınması və ənənəvi üsullarla bişirilməsi prosesini yaxından izləyərək bu sahədə yeni bilik və bacarıqlar əldə ediblər.

Master-klass səmimi mühitdə keçib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və Quba bölgəsinin zəngin kulinariya ənənələri haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və milli mətbəx dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib.

ƏSMİD İctimai Birliyi bundan sonra da Azərbaycanın müxtəlif bölgələrində milli kulinariya irsinin təbliği, ənənəvi peşələrin yaşadılması və yerli bacarıqların inkişafına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcək.

#etdi #xəbər #təşkil #onuncu #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər