00:00:00
Yazar
Admin User
08.07.2025 18:07 147 1 dəq oxuma
Sosial

Şəmkir sakinləri Gədəbəydə qəzaya düşüblər

Şəmkir sakinləri Gədəbəydə qəzaya düşüblər

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Şəmkir rayon Atabəy kənd sakini 1961-ci il təvəllüdlü Vidadi Həsənovun idarə etdiyi "Niva" markalı avtomobil digər maşınla toqquşub.

 

Qəza zamanı sürücü və avtomobildə olan digər sərnişin 1962-ci il təvəllüdlü Əhliman Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri kafidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər