00:00:00
Yazar
Admin User
28.08.2025 10:15 116 1 dəq oxuma
Dünya

SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

“SOCAR Georgia Gas” şirkəti Gürcüstanda daha 33 qaz kəməri alıb.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə dövət mülkiyyətində olan qaz kəmərləri şirkətə 15,4 milyon lariyə (5,7 milyon ABŞ dolları) satılıb.


Tsxaltubo, Çxorotsku, Çiatura, Zestafoni, Xaşuri, Çoxatauri, Xaraquli, Ozurgeti, Zuqdidi və Duşeti rayonlarında yerləşən qaz kəmərlərinin “SOCAR Georgia Gas” şirkəti tərəfindən özəlləşdirilməsi prosesi 16 ilə hesablanıb. Şirkət Gürcüstan dövlətinə ödənişlərə 2032-ci ildən başlamalı, 2041-ci ilin sonunadək başa çatdırmalıdır.

 

Qeyd edək ki, “SOCAR Georgia Gas” ötən ilin dekabrında Gürcüstanın qərb rayonlarında 41 qaz kəmərini 19,8 milyon lariyə (7,3 milyon ABŞ dolları) satın alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər