00:00:00
Yazar
Admin User
21.08.2025 15:27 113 1 dəq oxuma
Dünya

SOCAR və Çinin CC7 şirkəti əməkdaşlıq perspektivlərini müzakirə ediblər

SOCAR və Çinin CC7 şirkəti əməkdaşlıq perspektivlərini müzakirə ediblər

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə "İnformator.az"a SOCAR-dan bildirilib.

 

Görüşdə SOCAR-ın enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.


Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər