00:00:00
Yazar
Admin User
23.09.2025 10:49 80 1 dəq oxuma
Dünya

Somali nazirləri Türkiyə ilə əlaqələrdən mənundurlar

Somali nazirləri Türkiyə ilə əlaqələrdən mənundurlar

Somali informasiya, ədliyyə və balıqçılıq nazirləri,eləcə də Moqadişu valisi Türkiyə ilə əlaqələrdən məmnun olduqlarını bildiriblər.

 

İnformasiya naziri Daud Aweys Hama Türkiyənin Somali xalqı və hökuməti üçün çox önəmli olduğunu vurğulayıb və Türkiyənin Somalinin dünyada mənfi imicini dəyişdirməkdə böyük rolu olduğunu deyib.

 

 Jama Türkiyənin Somaliyə gəlişindən əvvəl ölkənin qadağan olunmuş zona kimi qəbul edildiyini,heç kimi Somali xalqını ziyarət etmədiyini qeyd edib. Lakin Türkiyə hökuməti və xalqının Moqadişuya səfərinin bu mənzərəni dəyişdirdiyini vurğulayıb. O, Türkiyənin Eş-Şebab terrorçularına qarşı Somali qüvvələrinə təlim və dəstək verdiyini də əlavə edib.

 

Nazir əməkdaşlığın Somalinin terrorçulardan təmizlənməsinə və bölgədə sülhün bərqərar olmasına kömək edəcəyini ümid etdiyini bildirib. Həmçinin Türkiyə və Somali arasında kommunikasiya və informasiya sahəsində də əməkdaşlıq mövcuddur və bu sahədə gələcəkdə daha yaxşı nəticələr gözlənilir.

 

TRT haber 

Vəliyeva Aysun

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər