00:00:00
Yazar
Admin User
02.07.2025 15:54 141 1 dəq oxuma
Dünya

Somalidə hərbi helikopter qəzaya uğrayıb

Somalidə hərbi helikopter qəzaya uğrayıb

Somalinin paytaxtı Moqadişuda eniş zamanı hərbi helikopter qəzaya uğrayıb. Helikopterdə olan 8 nəfərdən yalnız 3-ü sağ qalıb. Digər 5 nəfərin taleyi isə hələ də bilinmir.

 

Afrika İttifaqının Somalidəki Dəstək və Sabitlik Missiyasına məxsus helikopter Aden Adde Beynəlxalq Hava Limanında eniş edərkən yerə çırpılıb.

 

Qəzanın baş verdiyi helikopterin Uqandaya aid olduğu açıqlanıb. Hadisədən sonra helikopter alov topuna çevrilib.

 

Uqanda ordusunun sözçüsü bildirib ki, helikopterdə 8 nəfər olub və onlardan 3-ü sağ qalıb. Digər 5 nəfərin aqibəti isə yanğın tamamilə söndürüldükdən sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, Afrika İttifaqının Somalidə Eş-Şəbab terror təşkilatına qarşı apardığı mübarizə çərçivəsində bölgədə 11 mindən çox şəxsi heyəti fəaliyyət göstərir.

 

TRT XƏBƏR 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər