00:00:00
Yazar
Admin User
20.08.2025 13:25 74 1 dəq oxuma
Dünya

Son 10 ildə 12 dəfə avtobanı bağlayan adam həbs olunub

Son 10 ildə 12 dəfə avtobanı bağlayan adam həbs olunub

İngiltərədə 10 il ərzində 12 dəfə yolun ortasında dayanaraq hərəkəti dayandıran şəxs həbs edilib.

 

İngiltərənin Uels bölgəsindəki Suonsi şəhərində illərdir yolu kəsərək problem yaradan Devid Hampson adlı şəxs məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

 

Hampson son 10 ildə 12 dəfə yolu bağlamaq ittihamı ilə mühakimə olunub. O, xüsusilə polis idarəsi ilə sülh məhkəməsi arasındakı işlək küçəni seçərək avtomobillərin hərəkətinə mane olur və səlahiyyətlilərə çətinlik yaradıb.

 

Polis, həkim və vəkillərlə danışmağı rədd edən Hampson saxlanıldığında da susmağı seçib. Keçmiş qonşularından Con Devis isə onun əslində danışa bildiyini, sadəcə otoriteyi sevməyən bir “zarafatcıl” olduğunu deyərək, “İnsanları əsəbiləşdirməyi sevir və susaraq onları daha da çılğına çevirir” bildirib.

 

Məhkəmə Hampsonun sonuncu dəfə 19 iyunda polis idarəsinin qarşısındakı küçəni bağladığını və avtomobillərin hərəkətinə mane olduğu üçün saxlanıldığını açıqlayıb.

 

TRT HABER 

Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər