Son 25 ilin ən böyük zəlzələsi baş verib
Çindən 160 km uzaqlıqda yerləşən Uzaq Şərq ölkəsi Tayvan son 25 ilin ən güclü zəlzələsi ilə sarsılıb. Sahil yaxınlığında baş verən 7,4 gücündə zəlzələdə can itkisi ən ən azı 9 nəfər olub. 13 ildir Tayvanda yaşayan türkiyəli iş adamı İrfan Baykara son vəziyyəti çatdırıb.
Bildirilib ki, tunellərdə 127 nəfər qalıb. Hualiendə 17,Yeni Taypey şəhərində 8, Kellunqda 2 və Yilandda 1 olmaqla, ümumilikdə 28 bina dağılıb. Tayvan Mərkəzi Meteorologiya İdarəsi yaxın 3-4 gün ərzində 6,5-7 bal gücündə təkrar təkanların baş verəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Tayvanda baş verən bu zəlzələ 1999-cu ildə Nantou şəhərində baş verən zəlzələdən sonra qeydə alınan ən güclü zəlzələ olub. Binalar uçsa da, dağlıq ərazilərdə sürüşmə baş verib. Tunel və körpülərə ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri ordunun köməyi ilə davam edir.
Mənbə: CNNTürk
İlahə Həsənova
