Şotlandiyada narkotik ölümləri yüksək səviyyədə qalır
Rəsmi məlumatlara görə, Şotlandiya 2024-cü ildə narkotikdən ölənlərin sayı 1,017 olsa da, 13% azalma ilə Avropada ən yüksək narkotik ölüm nisbətini qoruyub saxlayır. Bu, 2017-ci ildən bəri ən aşağı illik rəqəmdir, amma ölkədə on il ərzində ümumilikdə 10,884 nəfər narkotikdən ölüb.
Ekspertlər düşən göstəriciyə baxmayaraq, ölümlərin yenidən arta biləcəyindən narahatdır. Xüsusilə “nitazenes” adlı güclü süni opioidlərin ortaya çıxması “krizis üzərinə krizis” yaradır. Məsələ sosial və iqtisadi problemlərlə bağlıdır: sənaye sahələrinin bağlanması, işsizlik, ailə böhranları və mənəvi təcrid narkotik və alkoqol asılılığını artırıb. Narkotik ölümləri əsasən kişilər arasında daha yüksəkdir və son on ildə orta yaş 32-dən 45-ə yüksəlib.
2015-ci ildə narkotiklərlə mübarizə proqramlarına ayrılan vəsaitin kəsilməsi və eyni dövrdə təhlükəli “street valium”un bazara çıxması ölümlərin kəskin artmasına səbəb olub.
Mütəxəssislər zərərin azaldılması (methadon, təmiz iynə, istifadə otaqları) və bəzən bütün narkotiklərin dekriminallaşdırılmasını tövsiyə edir. Eyni zamanda reabilitasiya və bərpa proqramlarına diqqət artırılmalıdır.
BBC
Reyhan Quliyeva