Soyqırımçı İsrail atəşkəsi yenidən pozur
İsrail ordusunun atəşkəsə baxmayaraq, Qəzza zolağında zorakı hücumlarda 10 fələstinlini öldürdüyü və çoxsaylı insanı yaraladığı bildirilir.
Qəzza Mülki Müdafiə Mətbuat katibinin açıqlamasında İsrail ordusunun atəşkəs şərtləri çərçivəsində geri çəkildiyi ərazilərə hücumlar başlatdığı bildirilir. Mətbuat katibi həmçinin İsrailin hava hücumları təşkil etdiyi Qəzza şəhərinin Zeytun məhəlləsində ölənlər arasında bir qadın və bir uşağın olduğunu bildirib. Fələstin mediasının məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin Zeytun və Şucayya məhəllələrinə, eləcə də Qəzza zolağının cənubundakı Xan Yunisin Mavasi bölgəsinə hücumlar həyata keçirib.
İsrail ordusunun açıqlamasında iddia edilir ki, Qəzzanın cənubundakı Xan Yunisdə İsrail ordusunun işğal etdiyi "Sarı Xətt"dəki İsrail əsgərlərinə atəş açılıb, lakin heç bir xəsarət alan olmayıb. İsrail ordusunun cavab olaraq Qəzza boyunca "Həmas" olduğunu iddia etdiyi hədəflərə hücumlar başlatdığı bildirilir.
TRT Xəbər
Xədicə Məhərrəmli