Soyqırımçı İsrail Livana hava hücumlarına başlayıb
"İnformator.az" "TRT Haber"ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bekaa vadisinə hava hücumları həyata keçirdiyini açıqlayıb.
İsrail ordusunun yaydığı məlumata görə, Hizbullahın infrastruktur obyektlərinin hədəf alındığı iddia olunur. Atəşkəsə baxmayaraq Livanın cənubunda hücumlarını davam etdirən İsrail ordusu, ölkənin şərqində yerləşən Bekaa vadisinə və cənubdakı digər bölgələrə də hava zərbələri endirdiyini bildirib.