00:00:00
Yazar
Admin User
07.09.2023 17:35 356 2 dəq oxuma
Dünya

Soyuq münaqişə yenidən alovlanır

Soyuq münaqişə yenidən alovlanır

  Sakit okean ətrafında davam edən soyuq münaqişə yenidən alovlanıb. Bu dəfə isə ölkələr atdıqları yeni addımlar ilə gündəmə gəlib. Əsas diqqət çəkən məqam isə Çin, Birləşmiş Ştatalar və Yaponiyanın müdafiə sənayelərinə ayırdıqları rekord məbləğlər olub.

  Çin-Tayvan məsələsində gərginliyin son iki ildə daha da artdığı müşahidə edilir. Sakit okeanda vəziyyətin yenidən gərginləşməsi ilə soyuq münaqişə tərəfləri büdcələrini artırmağa start veriblər. Yaponiyanın Müdafiə Nazirliyi bu il hökumət büdcəsindən rekord məbləğ yəni 52,9 milyard dollar istəyib. Bununda əsas səbəbi isə Çinin artan hərbi gücüdür. Yaponiya yeni freqatlar, hipersəs silahları raket sistemləri, zirehli döyüş maşınları və F-35 döyüş təyyarələrini almağı planlaşdırır.

  Hərbi ekspert Elxan Şıxəliyev deyir ki, görünən odur ki, Birləşmiş Ştatların öncəliyində NATO-nun əsas təhdid gördüyü ölkə Rusiya idisə, əslində Rusiyadan öncə Çini özünə əsas təhdid görən bir qurum halına gəlib. “Pasifik okeanda Çinlə Tayvana dəstək olaraq onların üzərindən Çini hədəfə alır. Demək ki, növbəti mərhələdə əsas siyasi hərbi qarşıdurmalarda Çin üzərindən rəqabətin olacağını gözləməliyik”.

   Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, bununla paralel ötən həftə ABŞ-nın atdığı addım da diqqət çəkib. Tayvanın adı BŞ prezidenti Co Baydenin imzaladığı "ABŞ Xarici Hərbi Maliyyə Yardım Paketi" nə daxil edilib. Bununla da Vaşinqton Tayvana 80 milyon dollarlıq hərbi yardım etməyi planlaşdırır. Hansı növ hərbi yardımın ediləcəyi və ya hansı müdafiə təyinatlı cihazların bağışlanacağı isə hələki gizli saxlanılır. Digər tərəfdən, Birləşmiş Ştatların özü də Çinə qarşı müdafiə büdcəsini artırıb. Senatın qəbul etdiyi 2024-cü il müdafiə büdcəsi rekord qıraraq 886 milyard dollara çatıb. Bunun səbəbi isə ABŞ Müdafiə Nazirliyinin Çini ən böyük rəqib hesab etməsidir. Ölkələrin müdafiə sənayelərinə ayrılan vəsaitlər digər tərəfdən yeni müharibə təhlükəsi ehtimallarını artırır.

  Əksər ekspertlər, hazırkı vəziyyətdə soyuq münaqişənin müharibə səvviyyəsinə çatacağını düşünmürlər. Bunu sadəcə ölkələrin bir-birinə qarşı güc nümayişi kimi dəyərləndirirlər.

FİDAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər