Spartada motosiklet qəzası baş verib
Spartada motosikletin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza səhər saat 12:30 radələrində Davraz məhəlləsində, 138-ci küçədə baş verib.
Eray Zeybəkin idarə etdiyi motosiklet Yusuf Bilal Yüceerin idarə etdiyi motosikletlə toqquşub. Qəzanın təsirindən motosikletlər fırlanıb, hadisə yerinə təcili tibbi yardım və polislər göndərilib.
Tibbi yardımdan sonra sürücü Yusuf Bilal Yüceer və yoldaşı Arda Mutlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onları xilas etmək mümkün olmayıb.
Digər sürücü Eray Zeybək isə müalicə üçün Süleyman Dəmirəl Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına aparılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.
TRT XƏBƏR
Nərgiz Əzizli