00:00:00
Yazar
Admin User
31.07.2023 13:49 574 2 dəq oxuma
Dünya

"Spayka" erməni hərbçiləri üçün daşıyır

"Spayka" erməni hərbçiləri üçün daşıyır

Ermənistan Azərbaycanın razılığı alınmadan, özbaşına olaraq Qarabağdakı erməni icması üçün guya “humanitar yardım” adı ilə 19 yük maşınını sərhədimizə göndərməsi İrəvanın “humanitar şou”sundan başqa bir şey deyil. Bu azmış kimi erməni diasporu da hərəkətə keçərək, Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib. Bəs guya Qarabağa “humanitar yardım” aparmağa cəhd göstərən “Spayka” erməni şirkətinin əsl məqsədi nədir? Ekspertlər bu şirkətin fəaliyyətindən Azərbaycana qarşı istifadə olunmasına dair bəzi detallara aydınlıq gətirib.


Guya humanitar böhran yaşayan Qarabağ ermənilərinə yardım aparmaq niyyətində olan və hazırda Laçın sərhəd-buraxılış məntəqəsində növbə gözləyən tırlar haqqında yeni detallar üzə çıxıb. Belə ki, sözügedən tırların məxsus olduğu Spayka şirkəti əvvəlki Ermənistan rəhbərləri Serjik Sarkisyan və Robert Koçaryanla bağlıdır. Lakin şirkətin hazırkı sahibi Kazaryan bu faktı qətiyyətlə təkzib edir və şirkətin yeganə sahibi olduğunu deyir. Erməni mətbuatının yazdığına görə, “Spayka”nın rəhbəri David Kazaryan 2019-cu ildə Ermənistanın “dövlət gəlirləri komitəsi” tərəfindən vergidən yayınma hallarına görə həbs edilib. Cinayət işinin gedişatında şirkət tərəfindən 21.5 milyon dollar dövlət büdcəsinə qaytarılıb.

 

Görünən odur ki, hazırda şirkət Ermənistanın yeni rəhbərliyi timsalında özünə yeni havadarlar qazanıb. Və onların sifarişlərini yerinə yetirir. istər Ermənistan istərsə də erməni diasporunun və qarabağdakı separatçıların məqsədi Azərbaycan ərazisində yaşayan ermənilərə yardım etmək deyil, əksinə mövcud vəziyyəti daha da gərginləşdirməkdir.


Siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Ermənistandan Azərbaycan ərazilərinə icazəsiz olaraq humanitar yüklərin daşınması bir yana, bu yüklərin nədən ibarət olması da şübhə predmetidir. “Çünki “Spayka”nın nəqliyyat vasitələri ilə hələ 2-ci Qarabağ müharibəsi zamanı 10 min ton müxtəlif yüklər daşınıb. Həmçinin 2020-ci ildə bu şirkətə məxsus tırlar silah daşımaya görə Ermənistan-Gürcüstan sərhədində saxlanılmışdı. Sübut edilmişdi ki, “Spayka” erməni hərbiçiləri üçün Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə olunan silah və hərbi sursat daşıyır. Odur ki, bu 400 ton humanitar yükün içində separatçılara silah-sursatın danışma ehtimalı böyükdür”.


Qeyri-qanuni əməllərindən əl çəkməyən Ermənistan indi də humanitar şou yaratmaqla öz çirkin siyasətini davam etdirir. Azərbaycan istər 130 gündən çox davam edən eko-aksiyalar zamanı, istərsə də Laçın sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra sərgilədiyi davranışları ilə göstərdi ki, yol humanitar məqsədlər üçün hər zaman açıqdır. Ölkəmizin bu sülhsevər addımlarından İrəvanın sui-istifadə etməsi isə ona baha başa gələ bilər. Çünki Azərbaycanın səbri sonsuz deyil. 

 

Nəzrin

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər