“Spotify” 1500 işçini ixtisar edir
“Spotify”in icraçı direktoru Paul Vogel şirkət daxilindəki bir sıra problemlər səbəbindən 2024-cü ildə vəzifəsindən istefa edəcək.
İnformator.az xəbər verir ki, Maliyyə İşlər Direktoru Vogelin musiqi yayımı şirkətindəki 8 illik vəzifəsinin ardından önümüzdəki ilin mart ayında ayrılacağı bildirilib.
Vogel’in vəzifəsindən ayrılmaq istəyi şirkətdə keçən ağır həftənin ardından ortaya çıxıb.
”Spotify” 2024-cü ilin yanvar ayında 600, iyunda isə 200 işçisini iştən kənarlaşdırma qərarı alıb.
Önümüzdəki il ümumilikdə 1500 işçinin ixtisar edilməsiylə işçi gücünün 17%-ni işdən çıxaracağını bildirib. ”Spotify”in səhmləri bu il 2.3% ucuzlaşaraq 191.35 dollara qədər enib.
Şirkətin dekabrın 7-də mediaya verdiyi açıqlamada, xarici bir səhmdar axtarışında olduğunu və müvəqqəti olaraq maliyyə planlama, o cümlədən statistik analiz işlərində məsuliyyət daşıyan Ben Kung’un əlavə öhdəliklər götürəcəyini qeyd edib.
Əli Məmmədli
