00:00:00
Yazar
Admin User
20.08.2025 10:49 79 1 dəq oxuma
Dünya

Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanılıb

Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanılıb

Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb.

 

Bu barədə "İnformator.az"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində iki Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Çandra və 2001-ci il təvəllüdlü M.D.Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.


Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər