Sərt reaksiya!
İsrailin Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan “alver predmeti” kimi dəyərləndirmə apararaq etiraz edib.
İsrailin Baş naziri Benyamin Netanyahu qatıldığı canlı yayımda 1915-ci il hadisələrindən “Erməni soyqırımı” kimi bəhs edib. Buna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi sərt reaksiya göstərərək, “1915-ci il hadisələri ilə bağlı açıqlama, keçmişdə baş vermiş acı hadisələri siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bir cəhddir”, – deyə bildirib.
Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan isə Netanyahunun açıqlamalarına cavab verib. Paşinyan jurnalistlərə açıqlamasında, Netanyahunun 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi adlandırması ilə bağlı suala, “Netanyahunun açıqlamasının Ermənistanın və ya erməni xalqının maraqları ilə heç bir əlaqəsi olmadığı açıq-aşkardır”, – deyə cavab verib.
Haber7
Aygün Babayeva