00:00:00
Yazar
Admin User
01.09.2025 16:48 85 1 dəq oxuma
Dünya

ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edirlər

ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edirlər

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Tiencində keçirilən ŞƏT və ŞƏT+ sammitlərinin əsas nəticəsini görüş iştirakçılarının öz milli maraqlarını müdafiə etməyə hazır olması kimi qiymətləndirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri VQTRK-nın jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

 

"Bu, təxribatlara boyun əymədən, hüquqlarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və vaxtilə Qərbin özünün təbliğ etdiyi beynəlxalq valyuta-maliyyə ticarəti sisteminin prinsiplərinə tam uyğun olaraq müdafiə edərək göstərilən qətiyyətdir, İştirakçıların qanuni maraqlarının müdafiəsinə yönəlmiş qətiyyətdir", - o deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər