ŞƏT sammitində Çin və Rusiya ABŞ-yə meydan oxuyub
Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Si Cinpin və Vladimir Putin ABŞ-nin dominantlığını tənqid edərək “Qlobal Cənub”u prioritetləşdirən yeni qlobal nizam çağırışı ediblər.
Si Cinpin beynəlxalq münasibətlərin demokratikləşdirilməsini və inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin artırılmasını istəyib, həmçinin yeni ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib. Putin isə təşkilatın “həqiqi çoxtərəfliliyi” bərpa etdiyini bildirərək Avrasiyada yeni sabitlik və təhlükəsizlik sisteminin formalaşdığını vurğulayıb. Çin bu il ŞƏT üzvlərinə 2 milyard yuan (280 milyon dollar) yardım və əlavə 10 milyard yuan kredit ayıracağını açıqlayıb.
Reuters
Fatimə Hüseynli