Steven Knight yeni serialı ilə Guinness ailəsinin gizlinlərini ekrana gətirib
Ailə daxilindəki güc mübarizələrini qlobal televiziya sensasiyalarına çevirmək ssenarist Steven Knight üçün artıq bir vərdişə çevrilib.
“Peaky Blinders” serialında o, Birmingem küçə bandalarını mədəni fenomenə çevirib. İndi isə Knight başqa bir sülaləyə - pivə istehsalı, sərvət və irs üzərində qurulan ailəyə diqqətini yönəldib.
“House of Guinness” adlı yeni serial cümə axşamı Netflix-də yayımlanacaq və İrlandiyanın ən məşhur soyadının böhran anını təsvir edib: Sir Benjamin Guinness vəfat edib və onun dörd övladı - hər biri gizli sirrlərə sahib - ailə zavodunun taleyini müəyyənləşdirməli olub.
Knight deyib ki, real Guinness ailəsi haqqında araşdırma aparanda dərhal bunun inanılmaz bir dram hekayəsi olduğunu başa düşüb:
“Oradakı xarakterlər, hadisələr və bunların tarixi proseslərlə necə birləşməsi məni valeh edib”.
Banuçiçək Məmmədova
BBC NEWS