00:00:00
Yazar
Admin User
05.04.2024 19:52 319 1 dəq oxuma
Dünya

Stoltenberq Ukraynadakı münaqişənin NATO-nun təhlükəsizliyi üçün əhəmiyyətinə diqqət çəkib

Stoltenberq Ukraynadakı münaqişənin NATO-nun təhlükəsizliyi üçün əhəmiyyətinə diqqət çəkib

NATO öz təhlükəsizliyini təmin etmək üçün Ukraynada hərbi əməliyyatlara ehtiyac duyur. Bu barədə Alyansın baş katibi Yens Stoltenberq danışıb.

 

“Bu, bütün NATO üçün, bizim təhlükəsizliyimiz üçün vacibdir. Sizin (ukraynalıların) etdikləriniz bizim hamımız üçün vacibdir”, - o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərlə görüşündə qeyd edib.

 

Baş katib vurğulayıb ki, alyansın Kiyevə dəstəyi onun öz təhlükəsizlik maraqları ilə diktə olunur. "Bu, xeyriyyəçilik kimi qəbul edilməməlidir"- Stoltenberq aydınlıq gətirib.

 

 Öz növbəsində Kuleba Rusiyanın hücumlarından şikayətlənib. Onun sözlərinə görə, Rusiya Federasiyasına müqavimət göstərə bilməməsi səbəbindən Ukrayna iqtisadiyyatı çökür.

 

Bundan əvvəl Yens Stoltenberq bəyan etdi ki, alyansın Avropadakı qüvvələrinin baş komandanı Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli hərbi dəstək üçün strukturlar hazırlamağa başlayıb. O qeyd edib ki, müttəfiqlər yardımın göstərilməsinin vacibliyini başa düşürlər.

 

Bununla yanaşı, Stoltenberq bu yaxınlarda Ukraynada münaqişənin inkişafı üçün iki ssenarinin adını çəkib. Onlardan biri, onun sözlərinə görə, Kiyevin məğlubiyyətidir.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər