Səudiyyə ABŞ-lə 30 milyardlıq saziş imzalaya bilər
Səudiyyə Ərəbistanı ABŞ ilə enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalaya bilər.
"İnformator.az" xəbər verir ki, bunu "Saudi Aramko"nun baş direktoru Amin Nasser deyib.
O qeyd edib ki, şirkətin ABŞ-də vençur bölməsi Amerika iqtisadiyyatına 1,5 milyard dollar sərmayə yatırıb.