00:00:00
Yazar
Admin User
10.04.2025 07:44 243 1 dəq oxuma
Dünya

Səudiyyə Ərəbistanında 14 yeni neft və qaz yatağı aşkar edilib

Səudiyyə Ərəbistanında 14 yeni neft və qaz yatağı aşkar edilib

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz Bin Salman ölkədə 14 yeni neft və təbii qaz yatağının kəşf edildiyini açıqlayıb.

 

 

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman ölkədə kəşf edilən 14 yeni neft və təbii qaz yatağının Səudiyyə Ərəbistanının qlobal enerji sektorunda lider mövqeyini möhkəmləndirdiyini bildirib. Bildirilib ki, kəşfiyyatı həyata keçirən Səudiyyə Ərəbistanının “Aramco” Neft Şirkəti şərq bölgəsində, cənubda isə Rubulhali bölgəsində 6 neft yatağı, 2 neft ehtiyatı, 2 təbii qaz yatağı və 4 təbii qaz ehtiyatı aşkar edib.


Nazir Bin Salman bəyan edib ki, kəşflər Səudiyyə Ərəbistanının karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və bu ölkənin qlobal enerji bazarında mövqeyini gücləndirəcəyini göstərir.
Dünyanın ən böyük neft şirkəti olan “Aramco” 2023-cü il məlumatlarına görə gündəlik 12,3 milyon barel xam neft hasilat gücünə malikdir. Səudiyyə Ərəbistanı ABŞ- dən sonra dünyanın ikinci ən böyük xam neft istehsalçısı olaraq qalır.

 

 

Mənbə:CNN Türk
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər