Sular çəkilən Meriç çayında tarix üzə çıxıb
Edirnədə quraqlıq səbəbilə Meriç çayının suyunun çəkildiyi ərazidə tarixi olduğu ehtimal edilən tüfəng tapılıb.
Meriç çayında su səviyyəsi 46 kubmetr/saniyəyə qədər düşüb. Tarixi Meriç körpüsündən keçən insanlar, suyun çəkildiyi sahədə bir tüfəng görərək vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildiriblər. İhbar əsasında hadisə yerinə gələn polis əməkdaşları tüfəngi olduğu yerdən götürüblər. Araşdırmalar nəticəsində onun mavzer (köhnə model tüfəng) ola biləcəyi dəyərləndirilib.
Polis əməkdaşları tüfəngi incələnməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər İdarəsinə təhvil verib.
Tüfəklə bağlı araşdırmalar davam edir.
Haber Global
Xəlilli Nigar