00:00:00
Yazar
Banuçiçək Məmmədova
12.05.2026 12:20 23 1 dəq oxuma
Sosial

Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürülüb

Sumqayıtda bağçada təhlükə: ərazi nəzarətə götürülüb

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Report-a adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.

 

Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

#xəbər #baki #götürülüb #gündəm #ərazi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər