00:00:00
Yazar
Admin User
09.09.2025 16:50 88 2 dəq oxuma
Dünya

"Sumud Donanmasına hücum!"

"Sumud Donanmasına hücum!"

Qəzzaya qarşı tətbiq olunan blokadanı yarmaq üçün 31 avqustda İspaniyadan yola çıxan Qlobal Sumud Donanmasının əsas gəmisinə Tunisdəki limanda dron hücumu təşkil olunub. Hücum zamanı gəminin bir hissəsinin alovlandığı bildirilib. İçində türklərin də olduğu gəmidəki fəal Yasəmin Acar, Qəzzaya doğru hərəkəti davam etdirəcəklərini və çərşənbə günü yola çıxmağı planlaşdırdıqlarını deyib.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese ABŞ mərkəzli X sosial şəbəkə platformasında, İsrailin blokadasını yarmaq üçün 31 avqustda İspaniyadan yola çıxan Qlobal Sumud Donanması ilə bağlı açıqlama verib. Albanese, Tunisdəki limanda donanmanın əsas gəmisinə dron hücumu edildiyini bildirib və limana doğru hərəkət edən digər iki gəminin təcili qorunmağa ehtiyacı olduğunu qeyd edib.

 

Liman ərazisində təhlükəsizlik qüvvələri tədbirlər görərək, giriş-çıxışı tam bağlayıb. Hücumla bağlı Tunis hakimiyyətindən hər hansı açıqlama verilməyib.

 

İspaniyadan yola çıxan gəmilər 7 sentyabrda Tunis açıq sularına çatdıqdan sonra bəyanat verən Nevvar deyib: “İspaniyadan bütün gəmilərin gəlməsi təxminən iki gün çəkəcək. İspaniyadan gələn gəmilər, Tunisdən qoşulacaq gəmilərlə birlikdə çərşənbə günü Tunisdən yola çıxacaq. İtaliya açıq sularında buradan qoşulacaq gəmilərlə birlikdə Qəzzaya yolçuluğumuz davam edəcək".

 

Ərəbcə "qətiyyət" və ya "sarsılmaz iradə" mənasını verən Sumud, 1967-ci ildəki Altıgünlük müharibədən sonra fələstinlilər arasında təzyiq və müqaviməti ifadə edən anlayışa çevrilib. Sumud anlayışı fələstinlilərin öz torpaqlarında qalması, Fələstin kimliyi və mədəniyyətinin yaşadılması, zorakılıqdan kənar vətəndaş itaətsizliyi yolları ilə işğala qarşı dayanaraq alternativ institutlar qurmağın yollarını ifadə edib.Fələstində zeytun ağacı və hamilə kəndli qadın bu anlayışı təsvir etmək üçün istifadə olunub.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər