Sumud Filosundakı türklər haqqında nə bilinir?
İsrail Hərbi Dəniz Qüvvələrinin "Qlobal Sumud Filosuna" müdaxiləsi zamanı azı 27 türk fəal saxlanılıb. Filosunun sosial media hesablarında paylaşılan məlumatda saxlanılan gəmilər, fəalların adları və vətəndaşlıqları ictimaiyyətə açıqlanıb. Təxminən 500 nəfəri daşıyan və 40-dan çox gəmidən ibarət olan filoya 1 oktyabr gecəsi Qəzzaya yaxınlaşdığı zaman İsrail qüvvələri müdaxilə edib.
Qlobal Sumud Filosunun məlumatına görə, filoda olan 56 türkdən 27-ni İsrail saxlayıb. Türk vətəndaşlarının həbsindən sonra İstanbul Cumhuriyyət Baş Prokurorluğu vasitəsilə istintaq başladılıb. Prokurorluğun mediaya açıqladığı yazılı bəyanatda həbs edilən vətəndaşlarla bağlı BMT-nin Dəniz Hüququ Konvensiyası və Türkiyə qanunvericiliyi çərçivəsində bu cinayət maddələri üzrə istintaq açıldığı bildirilib:
Azadlıqdan məhrumetmə, nəqliyyat vasitələrinin qaçırılması və ya saxlanması, əmlaka qarşı soyğunçuluq, əmlaka zərər vurma, əzabvermə (işgəncə).
BBC NEWS
Səmayə Səftərova