Superkubok fərqli atmosferdə keçəcək
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə liqada keçirdikləri matçları və Superkubokda qarşılaşacaqları matçları dəyərləndirib.
Buruk deyib ki, dünən oynanan matçın futbolsevərləri qane etmədiyinin fərqindəyik.
"İnşallah final matçında gözəl və zövqlü bir matç göstərə bilərik. Superkubok matçı çox fərqli bir atmosferdə keçəcək. Hədəfimiz yaxşı oyunla Super Kuboku qazanmaq olacaq".
"Qalatasaray"ın baş məşqçisi mətbuata verdiyi açıqlama da bildirib ki, "Matç trafiki daxilində belə təşkilatlarda iştirak etməyə çalışırıq.
"Bildiyiniz kimi 4 gün sonra "Fənərbaxça" ilə Super Kubok finalı oynayacağıq. Ümid edirəm ki, final oyununda gözəl və zövqlü oyun nümayiş etdirə biləcəyik: "Təbii ki, rəqibimizə qalib gələrək kuboku qazanmaq istəyirik".
Cümə günü, dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Super Kubok matçının liqa matçından daha az təzyiqli olacağını ifadə edən Buruk, qeyd edib ki, hər matça buna uyğun hazırlaşırıq.
"Oyunçu seçimlərimiz dəyişik ola bilər, amma rəqibimizə uyğun oyunçuları seçirik. Çalışdıq ki, bu qədər yüksəkdə çox oynamış oyunçular seçək. İndiyədək gərgin matçlar keçirdik. Komanda olaraq istədiyimizi etməyə çalışdıq. Amma onu deyə bilərəm ki, meydana çıxan hər iki komandanın futbolçuları öz performanslarından aşağı idilər. Hər iki komanda adından hücumda təşkilatlanma olmaması bu matçı çətin vəziyyətə saldı. Futbolçular təzyiq altında qalib gəlmək üçün əllərindən gələni etdilər. Komanda olaraq rəqibimizə hədəfi vurmaq imkanı vermədik. Bu kontekstdə müdafiə baxımından zədəli bir görünüş verdik. Məqsədimiz yaxşı oyunla Superkuboku qazanmaq olacaq".
Mənbə: Habertürk
Tərcümə: Sevinc Yarməmmədova
