Suriya Kosovonu Rəsmi Tanıyır
Suriya hökuməti Kosovonu rəsmi olaraq tanıdığını elan edib. Kosovo Prezidenti Vjosa Osmani ölkəsini tanıdığına görə Suriya administrasiyasına təşəkkür edib.
ABŞ-də yerləşən X sosial media platformasındakı hesabında yayımlanan Suriya Ərəb Respublikasının Xarici İşlər və Qürbətçilər Nazirliyi bu gün paytaxt Ər-Riyadda Suriya, Səudiyyə Ərəbistanı və Kosovo arasında üçtərəfli görüşün keçirildiyini açıqlayıb. Bəyanatda görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi, konsulluq fəaliyyətlərinin təşkili və əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu izah edilib. Bəyanatda Suriyanın bu addımı xarici siyasətinin hərtərəfli nəzərdən keçirilməsinin bir hissəsi olaraq atdığı vurğulanıb və Suriyanın qarşılıqlı hörmət, ortaq maraqlar və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanaraq dünyanın bütün ölkələri ilə əməkdaşlığa açıq olduğu vurğulanıb.
Kosovo prezidenti Vjosa Osmani Suriya hökumətinə ölkəsini tanıdığına görə təşəkkür edib. Osmani açıqlamasında Suriyanın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda əldə edilən razılaşma ilə Kosovonu rəsmi olaraq tanıdığını xatırladıb. Osmani qeyd edib ki, Kosovonun hazırda 120 ölkə tərəfindən tanındığı bildirilib və Kosovo Respublikasının irəliləyişini davam etdirdiyini və heç nəyin onu dayandıra bilməyəcəyini vurğulayıb. Kosovo 17 fevral 2008-ci ildə birtərəfli qaydada Serbiyadan müstəqilliyini elan edib. Türkiyə başda olmaqla bir çox ölkə Kosovonun müstəqilliyini dərhal tanıyıb.
TRT Xəbər
Xədicə Məhərrəmli