Suriya lideri Şara, Washington Posta danışıb
Suriya Prezidenti Ahmed Şara, ABŞ Prezidenti Donald Trump ilə Ağ Evdə keçirilən zirvənin əsas məqsədinin ikitərəfli münasibətləri yenidən qurmağa başlamaq olduğunu bildirərək dedi:
“Güvənlik maraqları və iqtisadi maraqlar kimi üzərində qurula biləcəyimiz çoxlu ortaq maraqlarımız olduğunu gördük".
Trump ilə Ağ Evdə 10 noyabrda görüşən Şara, ABŞ səfəri zamanı Washington Post qəzetinə danışıb.
Səfərinin ən önəmli məqsədinin Suriya ilə ABŞ arasındakı münasibətləri yenidən qurmağa başlamaq olduğunu vurğulayan Şara, iki ölkə arasındakı münasibətlərin son 100 ildə çox da yaxşı getmədiyini xatırlatdı.
Şara, ABŞ ilə Suriya arasında ortaq maraqlar axtardıqlarını bildirərək belə dedi:
“Güvənlik maraqları və iqtisadi maraqlar kimi üzərində qurula biləcəyimiz çoxlu ortaq maraqlarımız olduğunu gördük".
Suriyadakı sabitliyin və sabitliyin olmamasının bölgəyə təsir göstərəcəyinə işarə edən Şara dedi:
“Sabitlik iqtisadiyyatla, iqtisadiyyat və ya iqtisadi inkişaf isə sanksiyaların aradan qaldırılması ilə əlaqədardır. Bu müzakirə aylar ərzində davam edir və müsbət nəticələr əldə etdiyimizə inanıram, amma hələ son qərarı gözləyirik".
Habertürk
Ayisə Şərifova