00:00:00
Yazar
Admin User
27.09.2025 10:26 109 1 dəq oxuma
Dünya

Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib

Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib

2011-ci ildə Dərada baş verən hadisələrlə bağlı ittihamlarla təqsirli bilinən Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.


"İnformator.az" xəbər verir ki, bu barədə hakim Tofiq Əli SANA-ya bildirib.

 

Onun sözlərinə görə, devrilmiş rejimə qarşı çıxarılan həbs qərarına qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və digər ittihamlar daxildir: “Məhkəmənin qərarı İnterpol vasitəsilə bütün dünyada “qırmızı bülleten”in verilməsinə və beynəlxalq təhqiqatın aparılmasına yol açır”.


Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olmuş Bəşər Əsəd ötən il dekabrın 7-də silahlı müxalifət vasitəsi ilə devrilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər