00:00:00
Yazar
Admin User
27.10.2025 12:19 132 2 dəq oxuma
Dünya

Suriya ordusu ilə SDQ qüvvələri arasında gərgin toqquşma

Suriya ordusu ilə SDQ qüvvələri arasında gərgin toqquşma

Suriya keçid hökumətinin qoşunları Deyr əz-Zor vilayətində SDQ tərkibindəki YPG/PKK silahlıları ilə toqquşub. “Syria TV”nin məlumatına görə, YPG/PKK dəstələri hökumət nəzarətindəki əraziyə daxil olmağa çalışıblar, lakin ordu hücumu dəf edib. Döyüşlər bir neçə saat davam edib.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında qeyd edib ki, Deyr əz-Zor vilayətində Suriya ordusu ilə SDQ-nin silahlı toqquşması Suriyada yeni bir qarşıdurma mərhələsinin başlanğıc siqnalı sayıla bilər:

 

“Rəsmi Dəməşq uzun müddətdir ki, SDQ-ni ölkənin ərazi bütövlüyünə təhdid kimi görür. Bu dəfə baş verən toqquşma güc balansının nə qədər kövrək olduğunu göstərir. Əgər bu gərginlik nəzarətdən çıxarsa lokal döyüşlər asanlıqla genişmiqyaslı müharibə ocağına çevrilə bilər. Dəməşq üçün SDQ-nin varlığı birbaşa ərazi bölünməsi deməkdir, bu isə onun legitimliyinə ciddi zərbə vurur. Belə bir şəraitdə ABŞ-nin bölgədə hərbi iştirakını davam etdirməsi həm Rusiya, həm də İran vasitəsilə yeni təzyiqlərlə qarşılanacaq. Türkiyə isə hadisələrə ən diqqətli reaksiya verən aktorlardan biri olacaq. Rəsmi Ankara bu vəziyyəti həm Suriyanın şimalında yeni əməliyyatların başlamasını göstərmək, həm də beynəlxalq platformalarda SDQ-yə verilən dəstəyin iflasa uğradığını sübut etmək üçün imkan kimi təqdim edə bilər. Yekun olaraq onu vurğulamaq lazımdır ki, bu hadisə Suriyada qüvvələr balansını yenidən formalaşdırmaq potensialına malikdir “.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər