00:00:00
Yazar
Admin User
07.09.2025 18:58 130 1 dəq oxuma
Dünya

Suriyada İŞİD liderlərindən biri həbs edilib

Suriyada İŞİD liderlərindən biri həbs edilib

Suriya təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən birini həbs edib. 


"İnformator.az" xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb .

 

Bildirilir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub. 

 

Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.


İŞİD yaraqlıları 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərir. 2015-ci ilin ortalarında İŞİD Suriya ərazisinin təxminən 70%-nə nəzarət edirdi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər