"Suriyada sabitliyin yenidən bərpa olunmasını arzulayırıq"
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib: “Rusiya, Suriyada sabitliyin yenidən bərpa olunmasını arzulayır. Ölkədəki çətinliklərlə mübarizə aparmaq üçün əməkdaşlıq etmək barədə razılığa gəldik”.
Lavrov, Suriyalı həmkarı Şeybanini Moskvada qəbul edib. Görüşdən əvvəl verdiyi açıqlamada deyib: “Suriya Prezidenti Əhməd Əş-Şaranın Rusiyaya səfərini səbirsizliklə gözləyirik”. Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Lavrov qeyd edib: “Rusiya səmimi şəkildə dost ölkə Suriyanın daxili siyasi problemlərinin öhdəsindən gəlməsini və ölkədə sabitliyin yenidən təmin olunmasını arzulayır. Suriyadakı keçid prosesini yaxından izləyirik və uzun illərdir dostluq münasibətlərimiz olan Suriya xalqının bu çətinlikləri geridə qoyaraq tam normallaşmaya nail olacağına ümid edirik. Şam rəhbərliyinin Rusiya diplomatlarının təhlükəsizliyini təmin etmək üçün atdığı addımları məmnunluqla qarşılayırıq və Suriya hökuməti ilə dialoqu intensivləşdirməyi ümid edirik. Eyni zamanda Suriyanın birliyi və ərazi bütövlüyünün qorunması, suverenliyinə və müstəqilliyinə hörmətin göstərilməsinin vacibliyini vurğulayırıq. Ölkədəki çətinliklərlə mübarizədə əməkdaşlıq üçün razılıq əldə etdik”.
Haber Global
Nuray Əliyeva