Suriyada “Tək Dövlət, Tək Ordu”dəstəklənəcək
Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri bildiriblər ki, Türkiyə, Suriya hökuməti ilə, əsasən terror təşkilatları ilə mübarizə olmaqla, yaxın əməkdaşlığını davam etdirməyə və “Tək Dövlət, Tək Ordu” prinsipini dəstəkləməyə qərarlıdır. Bu, Suriyanın sabitliyi və təhlükəsizliyi ilə bölgəmizin sülhü üçün vacibdir.
Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat məlumatlandırma görüşü bu həftə Preveze Dəniz Qələbəsi və Dəniz Qüvvələri Günü münasibətilə ilk yerli və milli fregat TCG İSTANBUL-da keçirilib.
Avropa başda olmaqla bir çox ölkənin Fələstin Dövlətini tanıma qərarını qiymətləndirən MSB qeyd edib: “Son olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvlərinin də daxil olduğu bir qrup ölkənin Fələstini tanıma qərarını məmnuniyyətlə qarşılayırıq. Alınan qərarların iki dövlətli həll məqsədinə töhfə verməsini və prosesi sürətləndirməsini arzu edirik”.
TRT XƏBƏR
Səadət Əlizadə