Suriyadan 7 nəfər Azərbaycan vətəndaşı geri gətirilib
Sentyabrın 17-də Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1 qadın və 6 uşaq olmaqla 7 Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.
Mövzu ilə bağlı deputat Elmira Axundova “İnformator.az”a bildirib ki, bu addım Azərbaycan üçün çox müsbət və humanitar təşəbbüsdür:
“Dövlətimiz bu insanların sosial reabilitasiyası, uşaqların məktəbə yönləndirilməsi, işlə təmin olunması və cəmiyyətə inteqrasiyası üçün bütün imkanları yaradacaq. Bu həm dövlətin təhlükəsizliyinin təmin olunması, həm də vətəndaşların normal həyata qayıdışı baxımından balanslı yanaşmadır”.
Ayan Eyvazova