Suriyalıların ölkələrinə könüllü geri dönüşləri davam edir
İç savaş səbəbindən Türkiyəyə sığınan suriyalıların, 61 illik Baas rejiminin devrilməsindən sonra ölkələrinə könüllü geri dönüşləri davam edir.
Adanada öz ölkələrinə qayıtmaq istəyən suriyalılar Sarıçam Könüllü Geri Dönüş Koordinasiya Mərkəzinə müraciət edirlər.
Valilik və Miqrasiya İdarəsinin Regional Bölməsi koordinasiyasında aparılan işlər çərçivəsində mərkəzdə prosedurları tamamlanan suriyalılar avtobuslarla sərhəd keçidlərinin yerləşdiyi şəhərlərə göndərilir.
Bu çərçivədə Adanada prosedurları tamamlanan 691 suriyalı daha avtobuslarla sərhəd keçidlərinə yola salınıb.
Suriyalılardan Ammar Rəzzuk jurnalistlərə bildirib ki, 14 ildir Adanada yaşayır və öz ölkəsini çox darıxıb. O, türk xalqına qonaqpərvərliyinə görə təşəkkür edərək deyib:
“İllərdir bizi qarşıladınız, xidmətinizdə qüsur etmədiniz, bunun üçün çox təşəkkür edirik. İndi müharibə bitdiyi üçün artıq vətənimizə qayıtmaq istəyirik. Artıq kifayətdir, biz də vətənimizi darıxmışıq. Buna görə könüllü geri dönüş edirik”.
Muhamməd Əl Səlami də ölkəsinə qayıdacağı üçün xoşbəxt olduğunu bildirərək deyib:
“10 ildir burada yaşayırıq. Çox üzülürük, amma inşallah sonradan yenə qonaq olaraq buraya gələcəyik. Prezident Rəcəb Tayyib Ərdoğana çox təşəkkür edirəm”.
TRT XƏBƏR
Lalə Qurbanlı