Suriyanın paytaxtı Şamda partlayış səsləri eşidilib
Suriyanın paytaxtı Şamın Məzzə bölgəsində ard-arda iki partlayış səsləri eşidildiyi bildirilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Şamın Məzzə bölgəsində güclü iki partlayış səsləri eşidilib.
Partlayışların səbəbi ilə bağlı araşdırmaların davam etdiyi bildirilib və bir qadının yaralandığı qeyd olunub.
Suriyanın Televiziya müxbirinin verdiyi məlumata görə isə, Ain əl-Krum məhəlləsində 3 mərtəbəli bir binaya raket düşüb.
TRT XƏBƏR
Lalə Qurbanlı