00:00:00
Yazar
Güllər Gülhüseynova
19.03.2026 19:56 13 2 dəq oxuma
Siyasət

Təbrik edirəm- Ejeidən Laricaninin ölümünə reaksiya

Təbrik edirəm- Ejeidən Laricaninin ölümünə reaksiya

“Ali Milli Təhlükəsizlik Şurasının katibi doktor Əli Laricani, oğlu və onunla bir yerdə olan başqa şəxslərin şəhid olması münasibətilə İran xalqına, onların qohumlarına, ailəsinə və qardaşlarına təbrik deyir və başsağlığı verirəm”. 
 

Bunu İran məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei deyib. O, Laricaninin xidmətlərini təqdir edib və yolunun davam edəcəyini söyləyib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə İran hakimiyyəti üçün itki sayılsa da, mövcud sistemin dayanıqlığını sarsıdacaq xarakter daşımır:

 

“Laricaninin ölümü İran hakimiyyəti üçün müəyyən dərəcədə itki hesab olunsa da, sistemin fəaliyyətinə ciddi təsir edəcəyi anlamına gəlməz. Laricani radikal və mühafizəkar dairə ilə əsasən mülayim və islahatçı Prezidentin dairəsi arasında koordinasiya yaradır, münasibətləri tənzimləyir və taraz saxlayır. İsrail məhz bu tarazlığı pozmaq üçün onu aradan götürüb. Amma onun yerini alacaq xeyli kadr potensialı var. İranda sistem əsasən şəxslərə deyil, ideologiyaya bağlıdır. Ona görə istənilən hakimiyyət nümayəndəsi müxtəlif vəzifələrdə təmsil oluna, dəyişə və əvəzlənə bilər. İranda rejim özünü İslam Respublikası adlandırdığı üçün hakimiyyət mənsublarının ölümü şəhidlik kimi qələmə verilir. Amma nədənsə sosial vəziyyətin ağırlığı ilə bağlı minlərlə etiraza qalxan, öldürülən İran vətəndaşına şəhid statusu verilməyib. Hər bir halda İran rejimi dini dəyərlərdən, müqəddəs ünvanlardan, müsəlmanların həssas nöqtələrindən məharətlə istifadə edə bilir. Hakimiyyət nümayəndələrinin ardıcıl şəkildə sıradan çıxarılması və yerlərinin dəyişməsi nəticəyə təsir etməyəcək. Hər bir halda müharibə İran hakimiyyətinin iflasını sürətləndirir”.

 

Lalə Qurbanlı

#gündəm #ölümünə #təbrik #laricaninin #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər