Təbrizə bir gündə 3 dəfə raket hücumu edilib
Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb.
"İnformator.az" xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, Bameşə, Mərzdaran, Əndişe, Vəliəsr, Rüşdiyyə və Basmınc bölgələrində güclü partlayışlar olub.
Hücumların mülki və yaşayış yerlərinə edilmədiyi bildirilib.