00:00:00
Yazar
Zəhra Həsənova
12.05.2026 20:25 27 2 dəq oxuma
Sosial

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin azalıb

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin azalıb

Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarının 303 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

 

Mövzu ilə bağlı İT Mütəxəssisi Elvin Həsənov “İnformator.az” a açıqlamasında bildirib ki,kibertəhlükəsizlikdə vacib olan boşluqların vaxtında aradan qaldırılmasıdır:

 

“İstər dövlət, istərsə də özəl informasiya resurslarında təhlükəsizlik boşluqlarının yaranması adətən tək bir səbəblə bağlı olmur. Bu, bir neçə amilin eyni vaxtda təsiri nəticəsində ortaya çıxır. Ən çox rast gəlinən səbəblər arasında köhnəlmiş proqram təminatı, vaxtında edilməyən təhlükəsizlik yeniləmələri, zəif şifrələmə mexanizmləri və insan faktoru yer alır. Bəzən sistem texniki baxımdan güclü olsa da, əməkdaşın sadə fişinq mesajına aldanması ciddi risk yarada bilir. Təhlükəsizlik boşluğunun aşkarlanması hər zaman sistemin sındırılması demək deyil. Əksinə, bir çox hallarda bu boşluqlar vaxtında müəyyən edilir və aradan qaldırılır. Bu da kibertəhlükəsizlik mexanizmlərinin işlədiyini göstərən vacib göstəricilərdən biridir. Yəni əsas məsələ boşluğun mövcudluğu deyil, onun nə qədər tez aşkarlanıb aradan qaldırılmasıdır. Aşkarlanan boşluqlar vətəndaş məlumatları üçün müəyyən risklər yarada bilər. Çünki dövlət sistemlərində şəxsi məlumatlar, müraciətlər, identifikasiya məlumatları və digər həssas informasiyalar saxlanılır. Əgər bu boşluqlardan sui-istifadə olunsa, məlumat sızması, icazəsiz giriş və ya sistem fəaliyyətinin pozulması kimi hallar baş verə bilər. Bu isə həm vətəndaş etimadına, həm də dövlət xidmətlərinin dayanıqlılığına mənfi təsir göstərir. Kibertəhlükəsizliyin gücləndirilməsi üçün artıq ənənəvi yanaşmalar kifayət etmir. Sistemlər mütəmadi auditdən keçirilməli, penetrasiya testləri aparılmalı və təhlükəsizlik yeniləmələri vaxtında tətbiq edilməlidir. Bundan əlavə, əməkdaşların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün hücumların böyük hissəsi texniki zəiflikdən deyil, insan faktorundan , yəni aldanmadan başlayır”.

Arzu Poladova

#sayı #azərbaycan #resurslarının #yeni #boşluqları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər